“Son üç ayda Ukraynanın silah təminatı kəskin artıb” – “Əks-hücum apreldə başlaya bilər”

“Hazırda bütün dünyanın diqqəti Baxmut uğrunda döyüşə yönəlib. Lakin tezliklə diqqətlər aprel ayında başlaya biləcək Ukraynanın əks-hücumuna yönələ bilər”.

“AzPolitika.info” xəbər verir ki, bunu “The Economist” nəşri Ukraynadakı vəziyyətə həsr etdiyi məqalədə bildirib.

Yazıda qeyd olunur ki, ABŞ və digər müttəfiqlərin Ukraynanın qələbəsinə kökləndiyi və bunun üçün göstərdiyi qətiyyət göz önündədir. Qəzet yazır ki, məhz buna görə müharibə başlayandan bəri Ukraynaya ən intensiv silah tədarükü son üç aya təsadüf edir. Belə ki, ümumilikdə təkcə Pentaqon tərəfindən indiyə qədər Ukraynaya edilən hərbi yardımın 40 faizi – 8 milyard dolları son üç ayın payına düşür. Almaniyanın yanvar ayından bu yana göndərdiyi hərbi yardım isə bütövlükdə 2022-ci ildə edilən yardımın üçdə ikisi qədərə çatıb.

“The Economist” bildirir ki, beləliklə də əks-hücuma hazırlaşan Ukrayna Ordusunun NATO standartlarına sürətli transformasiyası baş verir. Qeyd olunur ki, əgər ötən ilin sonunda Ukrayna Ordusundakı Qərb silahlarının Ukraynada olan sovet və digər mənşəli silahlara nisbəti beşin birə nisbətində idisə, indi bu göstərici artıq beşin ikiyədir.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar