Menu

Dünyada 850 milyondan artıq insan aclıq içərisində yaşayır

09.03.2023, 17:25
Dünyada 850 milyondan artıq insan aclıq içərisində yaşayır

“Dünyada 850 milyondan artıq insan aclıq içərisində yaşayır”.

“Report”un xəbərinə görə, bunu BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının böyük elmi işçisi İsmahan Eluafi X Qlobal Bakı Forumu çərçivəsində “Meqatəhdidlər dövrü: İqlim təhlükəsizliyi; Qida təhlükəsizliyi; Nüvə təhlükəsizliyi” mövzusunda keçirilən ilk panel iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qida məhsullarının təhlükəsizliyi məsələsi çox vacibdir: “Təəssüflər olsun ki, insanların aclıq içərisində yaşaması kimi problemlər mövcuddur. İqlim dəyişikliyi problemi də var. Maliyyə məsələsi də burada çox önəmlidir. Biz bu məsələləri Forumda açıq-aşkar qaldırırıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol