Menu

"Şoyqunun Rüstəm Muradovdan narazılığı artıb, ona Vuhledarı ələ keçirməyi əmr edib" - ABŞ İnstitutu

10.03.2023, 09:23
"Şoyqunun Rüstəm Muradovdan narazılığı artıb, ona Vuhledarı ələ keçirməyi əmr edib" - ABŞ İnstitutu

“Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu Şərq Hərbi Dairəsinin (ŞHH) komandanı general-polkovnik Rüstəm Muradova nəyin bahasına olursa-olsun Vuhledarı ələ keçirməyə əmr edib”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Məlumata görə, Vuhledar istiqamətində irəliləyişin olmaması Muradovla bağlı tənqidi fikirləri artırıb:

“Şoyqunun verdiyi tapşırıqları yerinə yetirmək üçün Muradovun yeni şəxsi heyətə və texnikaya ehtiyacı var. Amma Şoyqunun Muradovu lazımi resurslarla təmin edib-etməyəcəyi hələ məlum deyil”.

Qərb analitiklərinin fikrincə, Rusiya qüvvələri Ukrayna ərazisində 2023-cü ilin ən böyük raket zərbəsini martın 9-da həyata keçirib:

“Hücum zamanı müxtəlif növ raketlərdən, o cümlədən hipersəs raketlərindən istifadə olunub. Rusiya qüvvələri, həmçinin İran istehsallı “Şahed” PUA-ları ilə Ukraynaya hücum edib. Məlumata görə, həmin “Şahed”lərdən 4-ü vurulub. Rusiya qüvvələrinin dünənki raket hecumunda əsas hədəfi Ukraynanın enerji obyektləri olub”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol