Menu

Kremldən Paşinyan hökumətinə etiraz var – “Mənfi münasibət bəsləyirik...”

10.03.2023, 18:00
Kremldən Paşinyan hökumətinə etiraz var – “Mənfi münasibət bəsləyirik...”

“Ayrı-ayrı media menecerləri və Rusiyalı deputatların Ermənistana girişinə qadağa qoyulmasına Kreml mənfi münasibət bəsləyir”.

“AzPolitika.info” xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Açığı, bizim buna münasibətimiz mənfidir. Ermənistan bizim böyük dostumuz, müttəfiqimiz, strateji tərəfdaşımızdır. Təbii ki, ikitərəfli münasibətlərin səviyyəsi və xarakteri bizim münasibətlərimizi belə hallardan qorumağa məcbur edir", - deyə Peskov qeyd edib.

Peskov Rusiya və Ermənistan arasında ikitərəfli münasibətlərin “yaxın gələcəkdə belə hallardan azadolacağına” ümidetdiyinidə bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl İrəvanın Zvartnots hava limanında rusiyalı media meneceri və jurnalist Aram Qabrelyanovun Ermənistana girişinə qadağa qoylub.

Bundan başqa Ermənistan hökuməti “Rossiya seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan və Dövlət Dumasının MDB işləri üzrə komitəsinin birinci müavini Konstantin Zatulinin də ölkəyə girişinə qadağa qoyub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol