Menu

“Vaqner”in Şimali Qafqazdan olan 2683 muzdlusu öldürülüb – Qatillər harada dəfn edilir?

10.03.2023, 15:50
“Vaqner”in Şimali Qafqazdan olan 2683 muzdlusu öldürülüb – Qatillər harada dəfn edilir?

Novorossiysk və Gelencikdə Ukraynaya qarşı işğalçı müharibədə öldürülmüş “Vaqner PMC”nin muzdlularının yeni məzarları aşkar edilib.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, onların bəziləri ağır maddələrlə mühakimə olunub, oğurluq, silah, döyüş sursatı və narkotik maddələr saxlamağa görə dəfələrlə cinayət məsuliyyətinə cəlb olunublar. 

Jurnalistlər onlar haqqında məlumatları Rusiya məhkəmlərinin saytlarından tapıblar.

Məsələn, “Vaqner PMC”nin muzdlu əsgəri Sergey Polyanin 2021-ci ildə yaşlı anasını vəhşicəsinə döydüyünə görə 5 il həbs cəzası alıb. Novorossiysk sakini sərxoş vəziyyətdə törətdiyi cinayət nəticəsində qadın başından zərbələr alıb və kor olub.

Bundan əvvəl Polyanin beş min rubl oğurluğuna görə mühakimə olunub, lakin tərəflərin barışması səbəbindən işə xitam verilib. Polyanin müharibəyə cəlb edildikdən sonra öldürülüb və Novorossiyskdəki Şöhrət Xiyabanında dəfn olunub.

Dekabrın 1-də Ukraynada öldürülən Pavel Biryukov isə Gelencik şəhər qəbiristanlığına basdırılıb. Şəhər məhkəməsinin saytındakı iş kartlarına əsasən, o, ən azı 6 dəfə mühakimə olunub, son cəzasını 2021-ci ildə alıb. Onun “karyerasında” çoxsaylı oğurluq, quldurluq cinayətləri yer alıb.

Yerli mediada Ukraynada öldürülən daha bir neçə keçmiş məhbus barədə məlumat verilir. “Titushki in Krasnodar” teleqram kanalının müəllifi Vitali Votanovski qəbristanlıqda Ukraynada öldürülən rusiyalı hərbçilərin məzarlarını sayıb. 

Onun sözlərinə görə, Gelincikden, Krasnodar və Novorossiyskdən fərqli olaraq, orada ayrıca "qəhrəmanlar xiyabanı" yoxdur. Amma muzdlu hərbçi Biryukovun da daxil olduğu bir neçə məzarların üzərində “Vaqner PMC” çələngləri qoyuluvb.

Martın 8-də Krasnodar diyarının və Adıgeyin bir sıra yaşayış məntəqələrində Ukraynada öldürülən daha bir neçə muzdlunun məzarları aşkar edilib. Kavkaz.Realii saytı müharibədə öldürülmüş Şimali Qafqazdan olan 2683 yerli sakini tanıyır. Bu, açıq mənbələrdən toplanmış məlumatlardır - itkilərin real sayı daha çox ola bilər.

Xatıraldaq ki, “Vaqner PMC”nin rəbəri Yevgeni Pirqojin şəxsən özü Rusiyada müxtəlif həbsxanaları gəzərək minlərlə döyüşçü toplayıb və onları Ukrayna cəbhəsinə göndərib. Müxtəlif mənbələr bildirir ki, döyüşlərdə azı 30 min muzdlu öldürülüb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol