Menu

Gəncədə 17 yaşlı qız yenidən itkin düşüb

11.03.2023, 10:11
Gəncədə 17 yaşlı qız yenidən itkin düşüb

Gəncədə 17 yaşlı qız yenidən itkin düşüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə martın 9-da şəhər ərazisində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 2006-cı il təvəllüdlü Bayramova Ceyran Sahəddin qızının yaşadığı evdən işə getmək məqsədilə çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır.

Qeyd edək ki, C.Bayramova ötən ilin noyabr ayında da itkin düşmüşdü. Daha sonra o, polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol