Menu

Zəlzələdən sonra Türkiyədə 2 nəfər Azərbaycan vətəndaşı haqqında hələ də məlumat əldə etmək mümkün olmayıb

11.03.2023, 11:41
Zəlzələdən sonra Türkiyədə 2 nəfər Azərbaycan vətəndaşı haqqında hələ də məlumat əldə etmək mümkün olmayıb

"İndiyə qədər Türkiyədə 2 nəfər Azərbaycan vətəndaşı haqqında hələ də məlumat əldə etmək mümkün olmayıb, onların axtarışları davam etdirilir".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

"Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşlarının zəlzələ bölgəsindən planlaşdırılan sonuncu təxliyəsi həyata keçirilib", - məlumatda qeyd olunub.

Xatırladaq ki, zəlzələ baş vermiş gündən etibarən Türkiyədən Azərbaycana ümumilikdə 686 nəfər təxliyə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol