“Baxmutda bir həftə ərzində Rusiyanın onlarla texnikası, ondan çox silah-sursat anbarı və 1100 hərbçisi zərərsizləşdirilib”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenski ölkədə elektrik enerjisinin kəsilməsinin vəziyyəti barədə də məlumat verib və dünəndən etibarən elektrik enerjisinin texniki imkanlarının bərpa olunduğunu qeyd edib: “Xarkov və Jitomir rayonlarında elektrik var. Enerji təchizatında problem olan bütün şəhər və icmalar yenidən elektrik enerjisi ilə təmin edilib. Bunun üçün əməyi keçən hər kəsə ayrı-ayrılıqda təşəkkür edirəm”.
“AzPolitika.info”


Şərhlər