Menu

“ABŞ-ın bu qərarı dünya müharibəsinin yaxınlaşmasından xəbər verir” – “Global Times”

13.03.2023, 19:30
“ABŞ-ın bu qərarı dünya müharibəsinin yaxınlaşmasından xəbər verir” – “Global Times”

ABŞ-ın müdafiə büdcəsini artırması dünya müharibəsinin yaxınlaşmasından xəbər verir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Global Times” jurnalında dərc olunan məqalədə bildirilib.

Məqalədə ABŞ-ın 2023-cü il hərbi xərclər üçün açıqladığı 842 milyard dollarlıq büdcənin Çinin hərbi xərclərinin dörd qatı olduğu vurğulanıb.

“ABŞ iqtisadiyyatının işləmə mexanizmi və onun hegemon mövqeyi silah ixracından asılıdır. Bu, ABŞ-ın qlobal miqyasda faydalandığı mühüm kanaldır. Silahların daha çox və daha yüksək qiymətə satışı üçün ilkin şərtlər dünya miqyasında daha böyük gərginlik və  müharibə riski deməkdir.

Buna görə də, silahlar üçün artan, genişlənən bazar tələb olunur. Dünyada nə qədər çox münaqişə varsa, deməli, ABŞ-ın bütün dünyada silah ixracını və hərbi yerləşdirmələrini artırması üçün bir o qədər səbəb var”- deyə, məqalədə bildirilir.

ABŞ-ın silah ixracının bir tərəfdən regional gərginliyi artıracağı, digər tərəfdən isə daha çox silah alışını təşviq edəcəyi vurğulanır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol