6 aydır ki, döyüşdən yayınaraq, kənddəki xarabalıq evlərdə gizlənən rus hərbçi ələ keçirilib.
“AzPolitika.info” xəbər verir ki, hadisə Xarkov vilayətinin Kupyansk-Vuzlovi kəndində baş verib.
Belə ki, Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla Rusiya ordusunda 27-ci motoatıcı briqadasında xidmət edən 42 yaşlı hərbçi saxlanılıb.
Adı açıqlanmayan rus hərbçi Ukraynanın Xarkov vilayətində nəzarəti bərpa etməsindən sonra kənddəki tərk edilmiş yaşayış məntəqələrində gizləndiyini bildirib.
“AzPolitika.info”


Şərhlər