Menu

Ermənistanın müdafiə naziri "artsax respublikası" ifadəsinin işlədilməsini qadağan edib

16.03.2023, 11:42
Ermənistanın müdafiə naziri "artsax respublikası" ifadəsinin işlədilməsini qadağan edib

“Ermənistanın müdafiə naziri Suren Papikyan martın 15-də nazirliyin bölmələrində “artsax (?!) respublikası” ifadəsinin işlədilməsinin qadağan edilməsi ilə bağlı məxfi əmr imzalayıb”.

“Report” xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, nazirin əmrində yazılıb: ““atsax respublikası” sözünü leksikondan çıxarmaq, yalnız “dağlıq Qarabağ” sözlərindən istifadə etmək lazımdır”.

Bildirilib ki, S.Papikyanın əmri Müdafiə Nazirliyi sistemində vəzifəyə yeni təyin edilən, eyni zamanda istefada olan hərbçilər arasında narazılıq yaradıb. Amma onlar da Ermənistandakı bir çox vəzifəli şəxslər kimi işdən çıxarılacaqlarından qorxaraq susmağa üstünlük verirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol