Menu

Qüdsdə sinaqoqa hücum olub, 4 nəfər ölüb

18.11.2014, 11:39
Qüdsdə sinaqoqa hücum olub, 4 nəfər ölüb

Noyabrın 18-də Qüdsdə sinaqoqa balta və bıçaqla silahlanmış iki şəxs hücum edib.

Onlar 4 dindarı qətlə yetirib, 6 nəfəri yaralayıb. Polis silahlılara atəş açaraq öldürüb.

Polisin sözçüsü hücumçuların Qüdsün şərqindən gələn fələstinlilər olduğunu bildirir.

Son həftələr İsrail və Fələstin ərazisində zorakılıq artıb. Ötən ay fələstinlilər 5 israillini və bir xarici turisti öldürüb.

Həmin hücumları həyata keçirənlər də daxil olmaqla, 10-dan çox fələstinli də həlak olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol