“RUSİYA HÜCUMUN İSTİQAMƏTİNİ DƏYİŞİB” - “Bu istiqamət Baxmutdan az vacib deyil”

“Rusiya Donetsk vilayətində hücumun istiqamətini dəyişib. Növbəti hədəf Liman şəhəridir”.

“AzPolitika.info” xəbər verir ki, bunu “Reuters” agentliyi döyüş bölgəsindəki mənbələrinə istinadla bildirib.

Xəbərdə deyilir ki, Liman istiqamətinə hücuma keçən Rusiya birləşmələri uğur qazansalar, Severskdəki Ukrayna qüvvələrini mühasirə təhlükəsilə üz-üzə qoya bilərlər: “Bu, Rusiya üçün Baxmutdan sonra ikinci ən maraqlı istiqamətdir. Çünki onlar Limana yaxınlaşsalar, növbədə Slavyansk və Kramatorsk olacaq. Bu istiqamət heç də Baxmutdan az əhəmiyyətli deyil”.

Xatırladaq ki, Liman şəhəri müharibənin ilk aylarında Rusiya tərəfindən işğal olunsa da, Ukrayna Ordusunun Xarkov əməliyyatı nəticəsində azad edilib.

“AzPolitika.info”  

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar