Menu

Şimali Koreya qitələrarası ballistik raketini sınaqdan keçirib

16.03.2023, 17:20
Şimali Koreya qitələrarası ballistik raketini sınaqdan keçirib

Şimali Koreya Yapon dənizi istiqamətində növbəti qitələrarası ballistik raket sınağını həyata keçirib.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, raket sınağı Yaponiyanın baş naziri Fumio Kişida və Cənubi Koreya Prezidenti Yoon Suk Yeolun arasında bu gün Tokioda keçirilən sammit öncəsi baş verib.

Yaponiya Müdafiə Nazirliyindən verilən açıqlamada Pxenyanın yerli vaxtla saat 08:10 radələrində Yapon dənizinə doğru qitələrarası ballistik raket atdığı bildirilib.

Təxminən 6 min kilometr hündürlüyə çatan və min kilometr məsafə qət edən raketin saat 08:20 radələrində Hokkaydodakı Oşima adasından təxminən 250 kilometr qərbdəki açıq dənizə düşdüyü bildirilib.

Raketin bölgədə üzən gəmi və təyyarələrə heç bir ziyan vurmadığı qeyd olunub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol