Menu

Vüqar Qurbanov generalın qardaşına yeni vəzifə verdi - FOTO

17.03.2023, 11:14
Vüqar Qurbanov generalın qardaşına yeni vəzifə verdi - FOTO

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı Fikrət Zeynalova yeni vəzifə verilib.

"Qaynarinfo" xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Fikrət Zeynalov 8 saylı Birləşmiş Şəhər Xəstəxanasının direktoru təyin olunub. O yaxın günlərdə işinin icrasına başlayacaq.

Qeyd edək ki, Fikrət Zeynalov bundan əvvəl Sabunçu Tibb Mərkəzinin direktoru idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol