TÜRKİYƏDƏN RUSİYA VƏ BELARUSA YENİ QADAĞA - Kremlin sanksiyalardan yayınması daha da çətinləşdi

Türkiyə öz hava limanlarında Rusiya və Belarusa aid ABŞ istehsalı olan təyyarələrə yanacaq verilməsini və xidməti dayandırır. 

“AzPolitika.info” xəbər verir ki, bu barədə Türkiyənin hava nəqliyyatı sahəsi üzrə ixtisaslaşmış “AirportHaber” portalı məlumat yayıb.

Xəbərdə deyilir ki, qadağa 7 Rusiya, 1 Belarus və 1 İran aviaşirkətinə tətbiq olunur. Söhbət Rusiya və Belarusa uçan ABŞ istehsalı olan yük təyyarələri, özəl təyyarələr, kommersiya və çarter reyslərindən gedir. Hələ ki, siyahıda sərnişin təyyarələrinin adı keçmir.

Rusiyanın “Aeroflot” şirkəti sərnişin daşımalarında problem olmadığını və Türkiyə şəhərlərinə uçuşların qrafik üzrə davam etdiyini bəyan edib.

Rusiyanın “Kommersant” nəşri isə artıq iki Rusiya aviaşirkətinə İstanbulda xidmət göstərilməsindən imtina edildiyini təsdiqləyib. Xəbərdə qeyd olunur ki, Türkiyə hökuməti bu qadağanı ABŞ Ticarət Nazirliyinin beynəlxalq qanunvericiliyə əsaslanan təkidlərindən sonra qəbul edib.

Xatırladaq ki, bundan öncə Türkiyənin Qərb sanksiyalarına aid malların öz ərazisindən Rusiyaya daşınmasına qadağa qoyduğuna dair məlumatlar yayılmışdı. Təyyarələrlə bağlı qadağa isə Kremlə vurulan növbəti ciddi zərbə hesab oluna bilər. Çünki, belədə Rusiyanın sanksiyalardan yayınması imkanları daha da daralır və nəqliyyat xərcləri xeyli artır.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar