Menu

Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” qırıcısı göndərəcək

17.03.2023, 15:28
Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” qırıcısı göndərəcək

Slovakiyanın baş naziri Eduard Heqer Ukraynaya Sovet istehsalı olan 13 ədəd MiQ-29 döyüş təyyarəsi göndərəcəklərini açıqlayıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə sosial şəbəkə hesabından paylaşım edən Eduard Heqer bunları yazıb:“Vədlərə əməl edilməlidir. Zelenski daha çox silah, o cümlədən döyüş təyyarələri istəyəndə dedim ki, biz əlimizdən gələni edəcəyik. Mən şadam ki, başqaları da belə edir. Hərbi yardımlar Ukraynanın özünü və bütün Avropanı Rusiyaya qarşı medafiə etmək üçündür.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol