Menu

“Ukraynanı dəstəkləməyən ölkələr bunun əvəzini ödəyəcəklər” - Kuleba

17.03.2023, 20:22
“Ukraynanı dəstəkləməyən ölkələr bunun əvəzini ödəyəcəklər” - Kuleba

“Ukraynanı dəstəkləməyən ölkələr gələcəkdə bunun əvəzini ödəyəcəklər”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İngiltərə mətbuatına müsahibəsində deyib.

Kuleba müharibə başa çatdıqdan sonra Ukraynaya qarşı olan ölkələrin mütləq hesab verəcəklərini bildirib: “Bəziləri tarixən Rusiyaya rəğbət bəsləyir, bəziləri müharibənin iqtisadi nəticələrinə görə narahatdır, bəziləri də Qərb ölkələrinin müharibəni lazımsız yerə uzatdığına inanır. Tariximizin ən qaranlıq günlərində Ukraynaya göstərilən münasibətin gələcək ikitərəfli əlaqələrə təsir etməyəcəyini düşünənlər, diplomatiyanın necə işlədiyini bilmirlər”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol