Ölkədə enerji, qaz və buxar istehsalı sektorunun gəlirləri 600 mln. manatı ötüb

Bu ilin yanvar-fevral Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 608,7 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 8,3%-lik artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvar-fevral aylarında su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 74,4 mln. manat təşkil edib, bu da illik müqayisədə 15,9% artım deməkdir.

Xatırladaq ki, Otən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 930,9 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki illə müqayisədə 2,3%-lik artım müşahidə olunub.

2022-ci ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 502,9 mln. manat təşkil edib, bu da illik müqayisədə 48,4% artım deməkdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar