Bakıda memarlıq abidəsində qanunsuz müdaxilənin qarşısı alınıb

Bakı şəhəri Səbail rayonu Mehdi Hüseyn küçəsi 75 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsində (inv. 3369) bayram günlərində aparılan qanunsuz müdaxilənin qarşısı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən alınıb.

Bu barədə “Report”a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilir ki, aparılan işlər dayandırılıb. Qanunvericilik çərçivəsində atılacaq addımlar barədə əlavə məlumat veriləcək:

“Bir daha bütün vətəndaşlardan və əlaqədar təşkilatlardan xahiş olunur ki, tarixi abidələrə hər hansı müdaxilə halları ilə qarşılaşdıqları zaman Mədəniyyət Nazirliyinin iş nömrələrinə və 147 qaynar xəttinə, eləcə də Nazirliyin rəsmi sosial media hesablarına dərhal məlumat versinlər”.

635x100

Şərhlər

Əliəddin 2023-03-21 21:38:42

Bu bir kiometrlik adı olan təşkilat yəqin ki, nəyisə qadağan etməkdən başqa bir işə yaramayan bir qurum və utancverici təşkilatdır. Yaşadığım Üzeyir bəy Hacıbəyli 19, 14 saylı mənzilə giriş balkonu qəzalı vəziyyətdə olsa da bu idarəni belə xırda para məsələlər maraqlandırmır.

Son yazılar