Menu

ABŞ Ukraynaya "Patriot" sistemlərinin çatdırılmasını sürətləndirir

21.03.2023, 22:26
ABŞ Ukraynaya "Patriot" sistemlərinin çatdırılmasını sürətləndirir

ABŞ Ukraynaya "Patriot" raketdən müdafiə sistemlərinin təhvil verilməsini sürətləndirir.

APA-nın məlumatına görə, bu barədə çərşənbə axşamı CNN telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, Oklahoma ştatındakı hərbi bazada bu sistemlərlə işləmək üçün təlim keçən 65 nəfərlik ukraynalı hərbçidən ibarət qrup kursu vaxtından əvvəl başa vurub.

Telekanal qeyd edir ki, çatdırılmaların sürətləndirilməsi Kiyevin genişmiqyaslı hücuma hazırlaşması ilə bağlıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol