Menu

“Pakistan və Azərbaycan beynəlxalq arenada bir-birini bundan sonra da dəstəkləyəcək” - Səfir

23.03.2023, 12:38
“Pakistan və Azərbaycan beynəlxalq arenada bir-birini bundan sonra da dəstəkləyəcək” - Səfir

Bakıda Pakistan Günü qeyd olunub.

“Report” xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye iştirak edib.

“Bu gün ölkəmiz üçün çox önəmlidir, çünki pakistanlıların birləşdiyi gündür. 1956-cı il martın 23-də biz suverenlik əldə etdik və hər il bu günü dərin ehtiramla qeyd edirik”, - o bildirib.

Səfir vurğulayıb ki, Azərbaycanla Pakistan arasında qardaşlıq münasibətləri mövcuddur.

O, həmçinin müxtəlif beynəlxalq platformalarda Pakistanı dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib:

“Qardaş ölkələrimiz beynəlxalq aləmdə həmişə bir-birini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol