Menu

Xırdalan və Sumqayıta metro xəttinin çəkiləcəyi xəbəri təsdiqlənmədi

18.11.2014, 13:17
Xırdalan və Sumqayıta metro xəttinin çəkiləcəyi xəbəri təsdiqlənmədi

"Bakı metropoliteninə stansiya adlarının dəyişdirilməsi ilə bağlı heç bir müraciət olunmayıb".

Bunu SalamNews-a Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayev məlumat verib. Qurum rəsmisi hazırda bununla bağlı məsələnin müzakirə olunmadığını və Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi üzrə yeni stansiyaların tikintisi işlərinin getdiyini bildirib.

Qurum rəsmisi bir çox KİV-də gedən Xırdalan və Sumqayıta metro çəkilməsi xəbərinə də aydınlıq gətirib: “Bakıda yeni çəkiləcək xətlər və tikiləcək stansiyalar 2011-ci ildə Azərbaycan Prezidentinin təsdiq etdiyi Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemində öz əksini tapıb. Həmin sxemdə Xırdalan və Sumqayıta metro xəttinin çəkilməsi haqqında heç bir məsələ yoxdur”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol