Menu

AŞPA Gürcüstana faktaraşdırıcı missiya göndərir

24.03.2023, 17:04
AŞPA Gürcüstana faktaraşdırıcı missiya göndərir

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Gürcüstana faktaraşdırıcı missiya göndərir.

APA xəbər verir ki, AŞPA-nın Gürcüstanın monitorinqi üzrə həmməruzəçiləri Klod Kern və Edite Estrela martın 27-29-dək bu ölkədə səfərdə olacaqlar.

Səfərin əsas diqqət mərkəzində son siyasi proseslər, Assambleyanın 2438 (2022) saylı Qətnaməsinin icrası, Aİ ilə bağlı islahatlar, korrupsiya ilə mübarizə və insan haqları ilə bağlı narahatlıqlar olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol