Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı yeni rəsmi açıqlama var.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli noyabrın 18-də “Media forum” saytına deyib ki, 27 min 478 nəfər iddiaçı dairə seçki komissiyalarına müraciət edib, 25 min 743 nəfər imza vərəqələri alıb.
MSK sözçüsünün sözlərinə görə, 23 min 431 nəfər imza vərəqələrini qaytarıb, 21 min 502 nəfərin namizədliyi qeydə alınıb.
Seçkilərdə iştirak etmək niyyətində olanların 19 min 947 nəfəri kişi, 7 min 531 nəfəri qadındır. 20 min 432 nəfər ali təhsilli, 2 min 681 nəfər orta ixtisas təhsilli, 4 min 274 nəfər orta təhsillidir.
Azərbaycanda 1607 bələdiyyə var. 118 seçki dairəsində ümumilikdə 15 min 35 bələdiyyə üzvü seçiləcək.


Şərhlər