Menu

Şimali Koreyanın ballistik raket sınağı uğurlu olub

27.03.2023, 12:42
Şimali Koreyanın ballistik raket sınağı uğurlu olub

Şimali Koreyanın – Koreya Xalq Demokratik Respublikasının (KXDR) Yapon dənizi isitiqamətində həyata keçirdiyi raket sınağı uğurlu olub.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyindən verilən açıqlamada ballistik raketlərin yerli vaxtla saat 07:47 və 07:57 radələrində Şimali Koreyanın qərb sahilindən atıldığı, maksimum 50 kilometr yüksəkliyə çatdığı və 350 kilometr məsafə qət etdiyi bildirilib.

Şimali Koreya lideri Kim Çen In Seul-Vaşinqton birliyinin bölgədə keçirdiyi birgə hərbi təlimlərdən söz edərkən, KXDR-i işğal etmək istəyən düşmənlərin bütün cəhdlərinin zərərsizləşdirləcəyini, həmçinin ABŞ-ın və Cənubi Koreyanın hərbi təxribatlarına daha aqressiv cavablar verəcəklərini deyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol