Rusiyalı polkovnik-leytenant, 247-ci desant-hücum alayının komandiri Dmitri Lissitski Ukrayna müharibəsində həlak olub.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Stavropol Dövlət Aqrar Universitetinin rektoru Vladimir Sitnikov məlumat yayıb.
“Cəbhə xəttindən faciəli mesaj gəldi. Universitetimizin məzunu, Rusiya qəhrəmanı Dmitri Lissitski döyüşlər zamanı həlak olub” – deyə Sitnikov bildirib.
Qeyd edək ki, Ukrayna KİV-ləri Lissitskinin qisas əməliyyatları zamanı öldürüldüyünü yazıb.
“AzPolitika.info”


Şərhlər