"HƏLƏ ÖLMƏMİŞƏM, ONU ÖLDÜRÜB SONRA ÖLƏCƏM..." - Tağı Əhmədov

Bir müddətdir ki, mediada “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovun əlil arabasına möhtac qaldığı qeyd olunur. Bildirilir ki, T.Əhmədov kafedra müdiri olduğu Azərbaycan Memarlıq və İnşaat Universitetində səhhətindəki problemlərlə bağlı 6 aydır işə çıxmır. (Yenisabah.az)

Musavat.com-a açıqlama verən Tağı Əhmədov bildirib ki, 6 aydır ayaqları xəstədir, amma bədəni sağlamdır: “Dünən bir verilişə baxıram, orda deyirlər ki, Tağı 6 aydır ölüm ayağındadır. Adamların mənəviyyatı yoxdur, niyə sifarişli yazılar yazırlar? Nə yazırlar yazsınlar.

Salyan nəyidir bilmirəm, orada dedilər ki, ölüm ayağındayam. Amma hələ ölməmişəm. Onu öldürüb sonra öləcəm. 6 aydır xəstəyəm. Yazırlar ki, universitetə gedə bilmirəm. Universitetə necə gedə bilərəm? Yəqin ki, 6 aydan sonra məni pensiyaya çıxararlar, mən də orda öz ərizəmi yazaram. Amma hələlik mənə hər hansı sənəd verməyiblər. Heç kəsdən incimirəm. Universitet dövlət idarəsidir və dövlətin qanunları var. 6 ay xəstə ola bilərəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bilirlər. Yəqin ki, xəstəlikdən sonra məni xəstəliklə əlaqədar pensiyaya çıxarıb universitetdən azad edəcəklər. Qanun hamı üçün qanundur”.

635x100

Şərhlər

Ayaz 2023-04-06 16:42:38

Tağı Əhmədov molodessss sənə

Roma 2023-03-28 12:16:26

"HƏLƏ ÖLMƏMİŞƏM, ONU ÖLDÜRÜB SONRA ÖLƏCƏM..." - Tağı Əhmədov...Başlığa çıxarılan bu yazını necə başa düşək???Daha sonra yazırsınız: "Salyan nəyidir bilmirəm, orada dedilər ki, ölüm ayağındayam. Amma hələ ölməmişəm. Onu öldürüb sonra öləcəm. 6 aydır xəstəyəm. Yazırlar ki, universitetə gedə bilmirəm. Universitetə necə gedə bilərəm? Yəqin ki, 6 aydan sonra məni pensiyaya çıxararlar, mən də orda öz ərizəmi yazaram."...Bir məqalə yazanda fikirləşin ki, oxucu oxuyub bunu anlayacaq ya yox?????...Tağı bəyə şəfa diləyirəm və istərdim ki, pensiyaya çıxıb dincəlsin, bəsdir Dövlətçiliyə, Vətənə, Xalqa, Millətə gecə-gündüz xidmət etdi və nəticə etibarı ilə yığdığı 40 illik əmək haqqını da əlindən aldılar, aldılarmı???

YAVƏR 2023-03-28 08:19:54

TAĞI BƏY.BİRDƏ ÖLMƏMİŞDƏN ƏVVƏL METROPOLİTNDƏN OĞURLADIQLARINI GERİ QAYTAR......SÖYMƏSİNLƏR.

Rasim Quliyev 2023-03-28 05:22:55

Korrupsionerin cani ... canidir hara olur.

t.ədalət 2023-03-27 23:00:23

Tağı müəllim,Allah sizə şəfa versin!Metronun yaxşı günləri sizinlə qaldı.Sizdən sonra metroya rəhbərlik edən özünü doğrulda bilmədi.Elə dəmir yolu da elə.Cavid Qurbanov da Azərbaycan dəmir yolunun şərəfini tapdadı.

Son yazılar