Menu

“Elə bil 8-0 uduzan onlar deyildi, həvəslə yeyib-içirdilər...” – Səfir futbol millimizdən yazdı

28.03.2023, 12:57
“Elə bil 8-0 uduzan onlar deyildi, həvəslə yeyib-içirdilər...” – Səfir futbol millimizdən yazdı

Vilayət Quliyev: “Futbol həm də vətənpərvərlik, milli təəssübkeşlik tələb edir...”

Azərbaycanın Bosniya və Hersoqovinadakı səfiri Vilayət Quliyev “Feysbuk” səhifəsində dünən Azərbaycan milli futbol komandasının İsveç yığmasına 5-0 uduzmasına münasibət bildirib.

“AzPolitika.info” xəbər verir ki, diplomat məğlubiyyətdən təəssüfləndiyini yazıb və futbolla bağlı xatirəsini bölüşüb:

“Deməli, milli komandamız dünən də 5-0 uduzdu İsveçə. Qürrələnməli məsələ deyil. Amma gərək, olanı yazasan. Azərbaycan millisindən düz 18 il bundan əvvəl, 2005-ci il martın 26-da Varşavada keçirilən Polşa-Azərbaycan matçından sonra əlimi üzmüşəm. Həmin oyunda 8-0 hesabı ilə məğlub olduq. VİP lojada Polşanın müdafiə naziri V.Şmaydanovski ilə yanaşı oturmuşduq (2010-cu ildə prezident L.Kaçinski ilə birlikdə təyyarə qəzasında həlak oldu). Qapımıza ikinci qol vurulandan sonra çiynimə toxunub:

- Bu futboldur, - dedi. - Hər dəqiqə hər şey dəyişə bilər.

Dördüncü qol vurulanda isə:

- Futbol boş şeydir, - deyə ürək-dirək verdi. - Əsas odur ki, sevgidə və müharibədə uduzmayasan.

Sonrakı qollar vurulanda daha heç nə demədi. Deyəsən, o da oyuna görə xəcalət çəkirdi.

Komandanı Varşavaya gətirən çarter reyslə mən də bir neçə günlüyə Bakıya qayıtdım. Təyyarədə futbolçuları müşahidə etmək çox maraqlı idi. Elə bil 8-0 uduzan onlar deyildi. Həvəslə yeyib-içirdilər. Uduzduqları oyundan başqa hər şeydən - dolların kursundan, polyak qızlarından, nə almaqlarından danışırdılar.

Yanaşı oturduğumuz məşqçi isə guya özünə haqq qazandırırmış kimi:

-Uduzacağımızı bilirdim. Amma day belə hesabla yox...-dedi.

Uduzmaq əhval-ruhiyyəsi ilə gələn komanda təbii ki, qələbə qazana bilməz. Niyə uduzduğunu özünə dərd eləmirsənsə, səbəblərini axtarmırsansa, növbəti oyunlarda da məğlubiyyətə məhkumsan...

Futbol həm də vətənpərvərlik, milli təəssübkeşlik tələb edir...”

Rasim

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2023-03-28 22:16:28

Nolsun?Zato bizdə yaxşı aşıqlar var,papaqları palatka toylarının qazanından böyük,paltarları da Enkevede paltarı.Sazı boyunlarının arxasına qaldırıb xurnik ağacına gələn qaratoyuqlar kimi bir dövrə vursunlar ki gəl görəsən.Əsas aşıqdı.Aşıq varsa,demək,hər şey yaxşıdı,yeyib içmək var.Qalada yatmış idim,top atdılar oyanmadım,saz ilə söhbət ilə oyatdılar.

Türk Turan 2023-03-28 18:27:56

Belə hallarda ciddi cəzalar tətbiq olunmalıdır. Bu biyabırçılıqdır. Bizdə onlarla vətənpərvər məşqçi ola-ola bisavadın birisini məşqçi təyin ediliblər. Rədd edin, o hazır yeyəni...

Eli 2023-03-28 15:56:40

Biz milletin faciesi milli şüur seviyyedinin aşağı olmasıdır ki,bu da özünü her şeyde hetta futbolda da gösterir.Bu bizim en böyük belamızdır.Bizde milli ideologiya işi ile demek olar sistematik ve ardıcıl meşğul olma proqramı yoxdur..

Roma 2023-03-28 13:37:32

Çox düzgün yazıdır, bir neçə gündür inanın elə bil havam çatmır...nə isə???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol