Rusiya Yapon dənizində nüvə başlığı daşıya bilən qanadsız raketlərdən istifadə edib - VİDEO

Bu gün səhər saatlarında Rusiyanın Sakit Okean Donanmasının hərbi gəmiləri Yapon dənizində nüvə başlığı daşıya bilən “Moskit” qanadız raketlərindən istifadə edib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, iki qayıq təxminən 60 mil uzaqlıqdakı şərti hədəfə raket hücumu həyata keçirib. Əməliyyatın uğurluğu olduğu və şərti hədəfin iki “Moskit” qanadlı raketlə vurulduğu bildirilib.

Qeyd edək ki, sözügedən hadisə Yaponiyanın Baş naziri Fumio Kişidanın Ukraynaya səfərindən bir həftə sonraya təsadüf edib.

Rəsmi Tokio Moskvanın uzaq şərq sahillərində müntəzəm təlimlər keçirdiyini və Rusiyanın son vaxtlar daha da artan hərbi fəaliyyətlərini yaxından izlədiklərini bildirib.

Qeyd edək ki, “Moskit” - nüvə başlığı daşıya bilən, səsdən sürətli gəmi əleyhinə qanadlı raket hesab olunur. Rusiya istehsalı olan qanadlı raketin səsdən üç dəfə sürətli olduğu və 155 mil məsafə qət edə bildiyi vurğulanır.

“AzPolitika.info”


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar