Son zamanlar bir-birinin ardınca raket sınaqları keçirən Şimali Koreya lideri Kim Çen In nüvə silahının hazırlanması üçün lazım olan nüvə materiallarının istehsalını artırmağı əmr edib.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Şimali Koreya lideri nüvə silahının istifadəsi iə bağlı hazırlıqların mükəmməl səviyyədə olmasının vacibliyindən danışıb.
“Biz nüvə gücümüzü düşmənə hərtərəfli cavab verə biləcək səviyyədə möhkəmləndirməliyik. Biz davamlı şəkildə bunu etməli və heç vaxt kifayətlənməməliyik”,-deyə o, bildirib.
“AzPolitika.info”


Şərhlər