Menu

"Putin İrəvana gəlsə, onu həbs etməli olacağıq" - Ermənistanlı deputat

28.03.2023, 20:04
"Putin İrəvana gəlsə, onu həbs etməli olacağıq" - Ermənistanlı deputat

“Putin Ermənistana gəlməyəcək və həbs olunmayacaq. Putin yaxşısı öz ölkəsində qalsın”.

APA Factor.am-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından üzvü olan Qaqik Melkonyan Ermənistanın Roma statunu tanıması fonunda Rusiya Prezidentinin İrəvana səfəri zamanı həbs edilməsi ehtimalına toxunarkən deyib.

“Bizə gəldikdə, əgər bu razılaşmanı təsdiqləmişiksə, onda öhdəliyimizi icra etməliyik. Qoy Rusiya Ukrayna ilə problemlərini həll etsin”, - o deyib.

Ermənistanın müdafiə nazirinin sabiq müavini olmuş Qaqik Melkonyan Putinin İrəvana gəlməsini istəmədiyini də deyib.

“Əgər bu sənədi imzalamışıqsa, yaxşısı o Ermənistana gəlməsin. Əgər Putin İrəvana gəlsə, onu həbs etməli olacağıq, amma o bunu yaxşı bilir və buna görə gəlmək istəməyəcək”, iqtidaryönlü deputat deyib.

Şərhlər

Tehran tristarı 2023-03-28 23:07:03

Bəli, V.V.Putinə, onun Kremlli sələflərinə güclü-əvəzolunmaz dəstək üçün Haystan azı 35 il onları öz göz bəbəkləri kimi mühafizəyə borcludurlar!

t.ədalət 2023-03-28 20:26:34

ermənilər yalan danışır.Putinin sığınacağı elə yerevan olacaq.

Roma 2023-03-28 20:18:19

Təcili Putinə bu xəbəri vermək lazımdır, yoxsa "cənab" qagik melkonyan onu həbs edər, özüdə qagik dediyini edəndir...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol