Menu

BMT TŞ Belarusda nüvə silahının yerləşdirilməsi planlarına dair iclas keçirəcək

28.03.2023, 22:48
BMT TŞ Belarusda nüvə silahının yerləşdirilməsi planlarına dair iclas keçirəcək

Martın 31-də Rusiya Federasiyasının Belarus ərazisində nüvə silahı yerləşdirmə planları ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə “TASS” təşkilatdakı mənbəyə istinadən məlumat yayıb.

Mənbə qeyd edib ki, görüş cümə gününə təyin edilib.

Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya jurnalistlərə bildirib ki, bu ölkə Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək planlarına dair Təhlükəsizlik Şurasının iclasını keçirməyə hazırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol