Menu

Parlament prezidentin təklif etdiyi növbəti təhsil nazirini də qəbul etmədi

18.11.2014, 15:14
Parlament prezidentin təklif etdiyi növbəti təhsil nazirini də qəbul etmədi

İran Parlamenti ölkə prezidenti Həsən Ruhaninin elm, tədqiqatlar və texnologiyalar naziri postuna təklif etdiyi daha bir şəxsi - Əhmədi Daneş-Aştiyanini qəbul etməyib.

SalamNews-un İran mətbuatına istinadla verdiyi xəbərə görə, ölkə Parlamentinin mühafizəkar deputatları təhsil naziri vəzifəsinə namizəd kimi irəli sürülmüş şəxsin islahatçılarla sıx əlaqədə olduğunu önə çəkiblər və ölkədə təhsil müəssisələrinə nəzarət edən mühüm nazir postunun daha etibarlı insana tapşırılmasını tələb ediblər.

H.Ruhani mühafizəkar deputatların bu mövqeyini qınayıb.

Qeyd edək ki, son bir il ərzində H.Ruhani sözügedən nazirliyə rəhbər qismində dörd nəfərin namizədliyini irəli sürüb ki, onların heç biri Parlamentdə keçirilən müvafiq səsvermədə çoxluq əldə edə bilməyib.

Ekspertlərin fikrincə, ölkə rəhbərinin bu dəfə də əliboş qalması Həsən Ruhani administrasiyası ilə Parlament arasında gərginliyi artıracaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol