“Bu gün televiziyalardakı sosial verilişlərdə insanların şəxsi həyatları açıq-aşkar efirə verilir”.
“Report”un xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.
O bildirib ki, bəzi televiziyalarda yayımlanan verilişlərdə hadisənin qarşısını almaq əvəzinə problem reytinq xətrinə və kanalın özünə sərf edən formada təqdim olunur.
S.Qəhrəmanova bu yaxınlarda belə hadisəyə görə televiziyalardan birində yayımlanan verilişə zəng etdiyini söyləyib: “Mən efirə zəng vurub biabırçılığı dayandırmağı tələb etdim. Axı məsələni bu formada ictimailəşdirmək insanın şəxsi həyatına müdaxilədir”.


Şərhlər
Siz öhdənizə düşən vəzifələri yerinə yetirməyib, hər problem üçün "bu işi məhkəmə həll edir" cavabını verəndə, insanlar də məcbur bu cür verilişlərə üz tutur. Məhkəmə həll edirsə, bəs sizin Komitə nə iş görür? Büdcədən havayı maaş alırsınız, vəssalam?
TV-lərin rəhbərləri oyunçu-aktryorlardan ibarətdir.Əvvəllər belə məsul vəzifələrə jurnalistlər təyin olunurdu,həm də müəyyən təcrübəsi olan jurnalistlər."şoumen" deyilən əttökənlər xalqın zəhləsini tökürlər.Gah,maşın qoyurlar efirə,gah da axtarıb bir fahişə tapırlar,başlayırlar onu təbliğ etməyə.