“ABŞ Rusiyaya qarşı xüsusi məhkəmənin yaradılmasını dəstəkləyir” – Dövlət Departamenti

Ukraynadakı müharibə ilə əlaqədar yüksək səviyyəli Rusiya rəsmiləri üçün xüsusi məhkəmənin yaradılmasını dəstəkləyirik.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel mətbuat konfransında jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırarkən deyib.

“ABŞ Ukraynaya qarşı təcavüz aktını təqib etmək üçün Ukrayna məhkəmə sistemi daxilində beynəlxalq səviyyədə xüsusi məhkəmənin yaradılmasını dəstəkləyir. Biz bu barədə Avropadan əhəmiyyətli beynəlxalq dəstəyin olacağını proqnozlaşdırırıq”,-deyə Patel bildirib.

Bu məhkəmənin Rusiyanın Ukraynada törətdiyi cinayətlərlə bağlı Beynəlxalq Cinayət Məhkəməsində aparılan mühakimələrə töhfə verəcəyini ifadə edən Patel, ABŞ-ın bununla bağlı bütün səyləri dəstəkləyəcəyini bildirib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar