RUSİYA 3 MİN HƏRBÇİ İLƏ NÜVƏ TƏLİMLƏRİNƏ BAŞLAYIB - VİDEO

Rusiya lideri Vladimir Putin Qərbə güc nümayiş etdirmək üçün 3 min hərbçinin cəlb olunduğu iri nüvə komplekslərinin təlimlərinə başlayıb.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, hazırda Putinin qoşunları Rusiyanın üç regionunda özünün “Yars” qitələrarası ballistik raket sistemləri ilə təlim keçiririr.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərə ümumilikdə 3 mindən çox hərbçi və 300-ə yaxın texnika cəlb olunub.

Putinin “Yars” raket sistemini Rusiyanın “məğlubedilməz silahlarının” bir hissəsi və nüvə arsenalının yerüstü komponentinin əsas dayağı etmək niyyətində olduğu bildirilir.

“Yars” ballistik raket sistemlərinin 7500 mil uçuş məsafəsinin olduğu, Rusiyanın bu silahla Avropanı və ABŞ-ı vura biləcəyi qeyd olunur.

“AzPolitika.info”


635x100

Şərhlər

t.ədalət 2023-03-29 21:19:24

Putin Qərbə heç bir güc göstərə bilməz.Amma Rusiyanın məhvi gətirə bilər və ona doğru gedir.

Son yazılar