Bakıda valideynlərdən pul yığan lisey direktoruna şiddətli töhmət verilib - Müavini işdən çıxarılıb

Bakıda valideynlərdən pul yığan lisey direktoruna şiddətli töhmət verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, 49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunması ilə bağlı müvafiq araşdırma aparılıb.

Araşdırmanın nəticələrinə uyğun olaraq məktəb-liseyin direktoruna Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Belə hallara təkrar yol verildiyi halda daha ciddi tədbirlər görüləcəyi bildirilib.

Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavininin ərizəsi nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, məktəbin fəaliyyətinə uyğun olmayan və müəllimin nüfuzuna xələl gətirən hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.

635x100

Şərhlər

Mubariz 2023-03-30 11:03:22

Məktəbdə pul yığmaq rüşvət deyil ona görə həbs edilmir ,direktor qalır ,qulbeçə müavin işdən çıxır ,başqa məktəbə direktor təyin olunur ,Sizlərin fərziyələriniz ancaq erməni dəyirmanına su tökmək kimi bir şeydir

ƏNHU 2023-03-29 21:42:58

HAMI BİLİR Kİ, ƏKSƏR MƏKTƏB DİREKTORLARININ SİFƏTİ SIRTILIBDIR. ƏSLİNDƏ ONLAR ELƏ VALİDEYNLƏRDƏN PUL YIĞMAQ ƏRLƏRİNƏ VƏ NƏVƏLƏRİNƏ MAŞIN ALMAQ MƏQSƏDİ İLƏ DİREKTOR OLUBLAR. YOXSA KİM MƏNFƏƏT OLMAYAN YEÜRDƏ MƏSULİYYƏT ALTINA GİRƏR? "TAK CTO" TÖHMƏT BELƏLƏRİNƏ KAR EDƏSİ ŞEY DEYİL. BAŞQA , DAHA TƏSİRLİ BİR ŞEY EDİLMƏLİDİR.

RAHİM 2023-03-29 18:55:16

AZƏRBAYCANDA BÜTÜN MƏKTƏB DİREKTORLARI ŞAGİRDLƏRİN VALİDEYNLƏRİNDƏN PUL YIĞIRLAR .

Valideyin 2023-03-29 17:36:59

Valideyinərdən pul yığnılması məsələsinə birdəfəlik son qoyulmalıdır.Bunun üçün təhsil nazirliyi,Nazirlər kabineti və hətta prezident işə qarşmalı və bu rüsvayçılığa son qoyulmalıdır..Ayrı-ayrı faktarı üzə çıxarmaqla bu məsələ həll olunmaz.Bu həm təhsilin,həm də dövlətin üz qarasıdır.Buna ciddi münasibət olmalıdır.i

Roma 2023-03-29 17:34:57

Direktor müavini işdən çıxarılıb, direktora isə şiddətli töhmət verilib??? Direktor deməsə müavini pul yığmazdı..."Yoldaşlar siz mənə töhmət, lap istəsəniz şiddətli töhmət verə bilərsiniz..." namuslu vətəndaş Ağabala Hüseynovun dediklərindən..."Bəxtiyar" filmi...

Son yazılar