Menu

Baxmutda döyüşən “vaqnerçilər”in sayı açıqlandı - “6 mini əsl muzdlulardır”

30.03.2023, 13:34
Baxmutda döyüşən “vaqnerçilər”in sayı açıqlandı - “6 mini əsl muzdlulardır”

ABŞ Ordusunun Baş Qərargah rəisi, general Mark Milli Baxmutda döyüşən “vaqnerçilər”in sayı ilə bağlı bəzi məlumatları paylaşıb.

“AzPolitika.info” xəbər verir ki, “CNN” general M.Millidən sitatlar gətirib: “İndi onlar(“vaqnerçilər”-red.) əsasən Baxmutda hərbi əməliyyatlar aparırlar. Orada təxminən 6 min əsl muzdlu var. 20-30 min nəfər isə əsas hissəsi həbsxanalardan toplanan qüvvələrdir. Onlar Baxmut istiqamətində böyük itkilər verirlər”.

Xatırladaq ki, bundan öncə “Vaqner” başçısı Yevgeni Priqojin “Vaqner”-in tərkibində Ukraynada döyüşmüş 5 mindən artıq məhbusun əfv edildiyini və Rusiyaya qayıtdığını bəyan etmişdi.

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol