Menu

Bakıda sürücü yol polisinə xəsarət yetirib (VİDEO)

18.11.2014, 18:51
Bakıda sürücü yol polisinə xəsarət yetirib (VİDEO)

Bakıda yol polisinə ağır xəsarət yetirilib. Hadisə paytaxtın Xətai prospektində qeydə alınıb. Bu barədə Vesti.az-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib. Xidməti vəzifəsini icra edən yol polisi əməkdaşı - 1979-cu il təvəllüdlü Abuzər Cəbrayıl oğlu Hüseynov qaydaları pozan "Toyota Prado"nun sürücüsünü saxlayıb.

Polis əməkdaşı əlini avtomobilin açıq yan pəncərəsindən içəri salıb, maşının və sürücünün sənədləri ilə tanış olmaq istəyib. Bu an sükan arxasında olan şəxs qəfildən şüşəni qaldırararaq onun əlini pəncərədə sıxıb və dərhal da qaza basıb. Bir neçə metr asfaltda süründükdən sonra əlini çətinliklə də olsa, xilas edən zərərçəkmiş ağır xəsarətlərlə Daxili İşlər Nazirliyinin (DİN) hospitalına çatdırılıb. Sükan arxasında olan şəxs isə aradan çıxıb. Aparılmış araşdırmalar nəticəsində "Toyota Prado"nun Bakı sakini Namiq Xanəliyevə məxsus olduğu müəyyənləşib. Hazırda hadisəni törədən şəxsin axtarışına başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol