Allahşükür Paşazadə Bakıda Ramzan Kadırovun oğlu ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə martın 30-da ölkəmizə səfərdə olan RF Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun oğlu, Çeçenistanın ilk prezidentinin adını daşıyan Əhməd Kadırovla görüşüb.

QMİ-nin Mətbuat Xidmətindən verilən xəbərə görə, mübarək Ramazan ayında atasının salamlarını QMİ sədrinə yetirən qonaq nəfis şəkildə hazırlanmış Qurani-Kərimi Şeyxülislama hədiyyə verib.

Qonağı səmimi salamlayan Şeyxülislam A. Paşazadə çeçen xalqının lideri olmuş Əhməd Kadırovla bağlı xatirələrini bölüşüb, onun adını daşıyan nəvəsini bu yaxınlarda ailə qurması münasibətilə səmimi qəlbdən təbrik edib ən xoş arzularını ifadə edib, xatirə hədiyyəsi təqdim etmişdir.

Görüşdə Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksi iştirak ediblər.

635x100

Şərhlər

RR 2023-03-31 02:21:50

Derdeeee

ƏNHU 2023-03-30 22:10:33

Bu kimdir ki, bunu belə təmtaraqla qarşılayırlar? Görünür atasının Putinlə birlikdə qandala vurulacağını kimsə buna başa salıb. Bu da əlinə Quran götürüb Azərbaycana "pənah gətirib" ki...... Ki-dən sonrasını özünüz təxmin edin. Atası Ukraynada minlərlə cavanı qanına-qəltan etdiyi halda bu gələcəkdə də komfortlu həyatına davam etmək üçün qarantiya peşinə düşüb. Gətirdiytin Quranın sahibi nahaqqın yanında yer alan atanı və onun qana batırılmış çörəyini yeyən bütün ailənizi bildiyi kimi etsin. Ukrayna xalqınıa, İslam dünyana, bütün insanlığa qarşı sərgilədiyiniz mövqe gözünüzə girsin. Səni və ailənizin heç bir üzvünü ölkəmizdə görmək istəmirik və gələcəkdə də istəməyəcəyik. Get atana belə də de.

Ədalət 2023-03-30 21:33:40

Hörmətli redaksiya. Mən Sizin sadiq oxucunuzam. Qeyri-dövlət təşkilatı rəhbərinin bir mənalı qarşılanmayan adamın oğlunu qəbul etməsini işıqlandırmağı Sizə heç yaraşdırmadım

asl turk 2023-03-30 19:35:41

ay adam cecenistanin ilk prezidenti coxar dudayev olub

Son yazılar