ABŞ-ın daha bir ştatında ölüm hökmü fərqli icra ediləcək – Xüsusi “ölüm qrupları” yaradılıb

ABŞ-ın Aydaho ştatında ölüm hökmlərinin icrası zamanı xüsusi “ölüm qrupları”ndan istifadə ediləcək.

“AzPolitika.info” xarici KİV -ə istinadla xəbər verir ki, ölüm hökmü alan məhbuslar xüsusi dəstələr tərəfindən güllələnərək öldürüləcəklər.

Xatırladaq ki, ölüm hökmünün qüvvədə olduğu bir sıra ABŞ ştatlarında məhkumlar edam olunarkən xüsusi dərman preparatlarından istifadə edilir. Belə ki, edam olunan şəxsə 1 doza ölümcül pentobarbital (yuxu dərmanı) verilir.

Ancaq son zamanlar bəzi əczaçılıq şirkətləri öz dərmanlarının ölüm hökmlərində istifadəsinə etiraz ediblər. Bundan sonra bir çox ştatlar məhbusları güllələyərək öldürən xüsusi qruplar yaratmağa başlayıblar.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar