Menu

"Aİ-nin Ukraynaya missiya göndərməsi son dərəcə təhlükəlidir" - Kreml

31.03.2023, 14:29
"Aİ-nin Ukraynaya missiya göndərməsi son dərəcə təhlükəlidir" - Kreml

Rəsmi Kreml Avropa İttifaqının (Aİ) Ukraynada missiyasının yerləşdirilməsi ilə bağlı iddialara münasibət bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, bu, son dərəcə təhlükəlidir: “Bu gün “xüsusi əməliyyat” Rusiya qarşısında duran məqsədlərə çatmaq üçün yeganə vasitədir. Bizim üçün heç nə dəyişməyib”.

Macarıstanın Baş naziri Viktor Orban daha əvvəl deyib ki, Aİ Ukraynaya sülhməramlı missiya göndərə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol