Menu

Uşaq evindən şikayət edən yeniyetmə psixiatriya xəstəxanasına yerləşdirilib? - AÇIQLAMA + VİDEO

31.03.2023, 14:47
Uşaq evindən şikayət edən yeniyetmə psixiatriya xəstəxanasına yerləşdirilib? - AÇIQLAMA + VİDEO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sosial şəbəkələrdə Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evindən edilən şikayətlə bağlı məsələyə münasibət bildirib.

Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, müəssisə barədə iddia səsləndirən yeniyetmənin qardaşı Ə.Hacıyev quruma dəvət olunub: “O bildirdi ki, kiçik qardaşının davranış pozuntusu var və onun müalicə olunmasını istəyir. Hazırda sözügedən yeniyetmə psixiatriya xəstəxanasındadır. Müalicədən sonra öz qardaşının himayəsinə veriləcək. Məsələ komitənin nəzarətindədir”.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan yeniyetmələrdən biri həmin uşaq evi ilə bağlı şikayətini bildirmişdi. Qeyd etmişdi ki, müəssisədə uşaqlara quru çörək verirlər: “Uşaq evinə gələn ərzağı, meyvələri, südü aparırlar. Ətin sümüyünü bişirirlər, özünü aparırlar”.

Xatırladaq ki, iddiaları səsləndirən şəxs dörd qardaşdır. Onlar uşaq evində böyüyüblər. 

Şərhlər

ƏNHU 2023-03-31 22:33:14

Uşağa orada iynə vurub onu həqiqi dəliyə çevirməsələr yaxşıdır. Ey bu işi görənlər bu uşağın başına gətirdiklərinizin eynisi əzizinizin başına gəlsin.

Rafiq 2023-03-31 17:59:09

Dövlət komitəsinin şikayətçinin qardaşının rəyi əsasında qərar verməsi gülünçdür.Məyər Bakıda həkim, yaxud psixoloq tapmaq çox çətindir?

təəssüff 2023-03-31 17:55:30

Bu uşaq tam sağlamdır. Sözün düzünü danışır deyə onu dəlixanaya göndərirlər.

Adam 2023-03-31 17:26:04

Yetimlerin haqqina girenlere ne deyesen ki...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol