10 ukraynalıdan 7-si danışıqları mənasız sayır - Cənub bölgəsi isə...

Ukraynalıların 72 faizi hesab edir ki, hazırkı durumda Rusiya ilə danışıqlar aparmaq mənasızdır və bu danışıqlarla qəti sülhə nail olmaq mümkünsüzdür.

“AzPolitika.info” xəbər verir ki, “Razumkov” mərkəzinin Ukraynada keçirdiyi rəy sorğusunun nəticələri açıqlanıb. Nəticələrdən belə məlum olur ki, ukraynalıların böyük əksəriyyəti Rusiya işğalına son qoyulana qədər danışıqların nəticə verməyəcəyi fikrindədir.

Respondentlərin 61 faizi hesab edir ki, danışıqlar yalnız Rusiya 1991-ci il sərhədlərinə çıxdıqdan sonra aparılmalıdır.

Danışıqların başlanmasına ən çox Ukraynanın cənubunda yaşayan əhali tərəfdardır – 26 faiz. Bu da onunla bağlıdır ki, məhz cənub bölgələri daha çox hücumlara və təhlükəyə məruz qalır. Digər bölgələrdə bu göstərici 6-15 faiz arasında dəyişir.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar