Rusiya anti-Qərb koalisiyası yaratmağa çalışır – “Çin Putinin təklifini qəbul etməyib”

“Si Cinpinin Moskva səfəri zamanı Putinin anti-Qərb koalisiyası yaratmaq təklifi müsbət qəbul edilməyib”.

“AzPolitika.info” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları(ISW) İnstitutunun son hesabatında belə deyilir.

Hesabatda qeyd olunur ki, Putinin Rusiyanın yeni xarici siyasət konsepsiyası Qərbə və xüsusilə də ABŞ-a qarşı bloklardan kənar ölkələr də daxil olmaqla, geniş koalisiya qurulmasına hesablanıb. Lakin amerikalı mütəxəssislərin fikrincə, Rusiyanın iqtisadi gücünün azalması və hərbi potensialının zəifləməsi onun digər dünya ölkələri üçün cəlbediciliyini xeyli azaldır. Ona görə də Putinin bu konsepsiyasının uğur qazanmaq ehtimalı çox aşağıdır.

Eyni zamanda, mütəxəssislər qeyd edirlər ki, Putinin Çini anti-Qərb koalisiyasına qoşmaq cəhdi baş tutmayıb və Si Cinpin son Moskva səfərində Çini Putinin Qərblə geosiyasi savaşa soxmaq fikrində olmadığını Kreml sahibinin nəzərinə çatdırıb.

“AzPolitika.info”

635x100

Şərhlər

t.ədalət 2023-04-01 12:24:30

Putinin belə səviyyəsiz addımları Rusiyanı tam gözdən salır.Dünyanın böyük ölkələri ilə MDB müstəmləkə dövlətlərini qarışdıran bir dövlət başçısının bu mövqeyi lap gülüncdür.

Son yazılar