Beynəlxalq Valyuta Fondu Ukraynaya 15.6 milyard dollar ayırdı – 2.7 milyardı dərhal köçürüləcək...

Beynəlxalq Valyuta Fondunun Direktorlar Şurası (BVF) cümə günü Ukraynaya 15,6 milyard dollar məbləğində dörd illik tranşı təsdiqləyib.

“AzPolitika.info” “Reuters” agentliyinə istinadla xəbər verir ki, tranş 115 milyard dollarlıq əsas beynəlxalq paketin bir hissəsidir. Ayrılan vəsait bir ildən artıqdır Rusiyanın genişmiqyaslı işğalından müdafiə olunan Ukraynanın təcili ehtiyaclarını ödəməlidir.

BVF-nin mətbuat xidməti bildirir ki, fondun qərarı dərhal 2,7 milyard dolların Kiyevin sərəncamına köçürülməsi imkanını açır. Ukraynaya verilən maliyyə dəstəyi Beynəlxalq Valyuta Fondu tərəfindən müharibə edən dövlətə ilk təcili yardımdır.

“Rusiyanın Ukraynaya təcavüzü onun iqtisadiyyatına və cəmiyyətinə dağıdıcı təsir göstərir”, - BVF-nin idarəedici direktorunun birinci müavini Gita Qopinat deyib.

Qopinat bildirib ki, buna baxmayaraq, Ukrayna hökuməti bacarıqlı siyasət və əsaslı xarici yardım sayəsində ümumi makroiqtisadi və maliyyə sabitliyini qoruyub saxlaya bilib.

BVF-nin Ukraynaya yardım göstərilməsi ilə bağlı rəsmi sazişi martın 21-də qəbul edilib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar