“Paşa Mersedes” istintaqa cəlb olundu - Kilsəni Rusiyanın agentura yuvasına çevirib

Ukraynada bahalı “Mersedes” avtomobillərinə olan həvəsinə görə “Paşa Mersedes” ləqəbilə tanınan Moskva Patriarxatının Ukrayna pravoslav kilsəsinin başçısı mitropolit Pavel Lebedə qarşı iki maddə üzrə cinayət işi açılıb. Bu gün keşişin dindirildiyi bildirilir və yaxın zamanda onunla bağlı həbs qətimkan tədbirinin seçiləcyi istisna olunmur.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Ukraynanın hüquq-mühafizə orqanları məşhur keşişin evində axtarışlar aparırlar. Ona qarşı dini, irqi, milli ayrıseçkilik və Ukraynaya qarşı işğalın dəstəklənməsi ittihamları ilə cinayət işi açıldığı elan olunub.

Xəbərdə qeyd olunur ki, müharibə başlayan günlərdə Rusiyanın işğalını sözdə pisləyən kilsə başçısı və onun tərəfdarları olan keşişlər əslində, bütün bu dövr ərzində Kiyev-Peçersk kilsəsini az qala Rusiyanın agentura yuvasına çeviriblər. Bildirilir ki, kilsə rəhbərliyi Moskvadan müstəqilliyi barədə bəyanat yaysa da, faktiki olaraq, Rusiya kilsəsinin sifarişləri və göstərişləri əsasında fəaliyyət göstərib və hazırkı hakimiyyətin əleyhinə, Rusiyanınsa təbliğinə yönələn əməllər törədib.

Hələ ötən ilin dekabrında Ukrayna hüquq-mühafizə porqanları kilsədə axtarışlar aparıb və xeyli sayda rusiyayönümlü təbliğat ədəbiyyatı və hətta Rusiya pasportları aşkarlayıb.

“Paşa Mersedes”in özünə gəlincə, onun bu günlərdə rəsmən Prezident Volodimir Zelenskini və onun ailəsini lənətlədiyi, həmçinin Kiyev meri Kliçko ilə qarşıdurmada olduğu bildirilir. Həmçinin, kilsə başçısı hələ 2019-cu ildə Krımın Ukrayna ərazisi olmadığını bəyan etmişdi.

Qeyd olunur ki, Kiyev sakinlərinin “Paşa Mersedes”ə və onun rəhbərlik etdiyi kilsə icmasına münasibəti olduqca mənfidir.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar