Menu

Şuşaya növbəti turist səfərinin vaxtı açıqlanıb

03.04.2023, 12:15
Şuşaya növbəti turist səfərinin vaxtı açıqlanıb

Şuşaya növbəti turist səfərinin 15-16 aprel tarixlərində olması gözlənilir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva deyib.

O bildirib ki, səfər ikigünlük olacaq.

"İndiyə qədər cəmi bir dəfə martın 18-də Şuşaya turist səfəri gerçəkləşdirilib" - deyə o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol