“Rusiya məmurları və təbliğatçıları Vladlen Tatarskinin qətlinə görə Ukraynanı günahlandırmağa tələssələr də, onun məhv edilməsində Rusiya daxilindəlki qüvvələrin əli ola bilər”.
“AzPolitika.info” xəbər verir ki, ABŞ Müaharibə araşdırmaları İnstitutunun (ISW) son hesabatında belə deyilir.
Amerikalı mütəxəssislər hesab edirlər ki, Priqojinə yaxınlığı ilə seçilən “hərbi reportyor”un qətli “Vaqner” başçısı Yevgeni Priqojinə xəbərdarlıq məqsədi daşıya bilər: “Bu, ehtimal ki, Priqojinə xəbərdarlıqdır. Hansı ki, o, Kremlin Ukraynadakı müharibə ilə bağlı əsas tezislərini şübhə altına alır və hətta Putinə, yaxud onun varisinə qarşı üstüörtülü şəkildə Prezident postu uğrunda rəqiblik iddialarına eyham vurur”.
Qeyd edək ki, artıq Rusiya hüquq-mühafizə orqanları V.Tatarskinin qətlində şübhəli bildiyi Darya Trepova adlı xanım barədə axtarış elan edib. Tatarskinin məhz bu xanımın hədiyyə etdiyi kiçik heykələ yerləşdirdiyi partlayıcının işə düşməsi nəticəsində öldüyü bildirilir.
Son məlumata görə isə həmin xanım artıq həbs edilib.
“AzPolitika.info”


Şərhlər